
Rusiya qoşunları 20 avqustda Donetsk vilayətinin Konstantinovka şəhərinin bazarına raket zərbələri endirib.
APA xəbər verir ki, bu barədə məlumatı “RBC-Ukrayna” Donetsk vilayətinin hərbi-administrativ rəhbəri Vadim Filaşkinin “Telegram” səhifəsinə istinadən yayıb.
“Ən azı 3 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Rusiya Konstantinovkaya “Smersh” raketləri ilə 8 zərbə endirib – bazarı xüsusi olaraq hədəf alıblar”, – deyə Filaşkin bildirib.
Həmçinin, 15 ticarət pavilyonu, 8 fərdi ev, 6 çoxmərtəbəli bina, bir mağaza, 2 avtomobil və elektrik xətti zərər görüb.
“Bir daha vurğulayıram: Donetsk vilayətində qalmaq təhlükəlidir! Rusiya vətəndaşları öldürmək və yaralamaq üçün xüsusi olaraq belə zərbələr endirir. Özünüzü təhlükəyə atmayın! Zamanında evakuasiya olunun!”, – deyə vilayət rəhbəri qeyd edib.