İsveç Ukraynanın təhlükəsizliyi üçün hava və dəniz resurslarından istifadə edə bilər

Baş səhifə

İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, Stokholm Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsinə töhfə verməyə hazırdır.

“Report” “Al Arabia”ya istinadən xəbər verir ki, o, bu barədə İsveçin SR radiosuna müsahibəsində bildirib.

Kristerssonun sözlərinə görə, İsveç havadan müşahidə vasitələrini, lazım gəldikdə isə dəniz resurslarını təqdim edə bilər, bir şərtlə ki, onlardan istifadə təhlükəsiz olsun və Rusiya-Ukrayna münaqişəsinin sona çatmasını dəstəkləyən dövlətlər koalisiyasının ehtiyaclarına uyğun olsun.