
Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında “HƏMAS”
hərəkatının son dayaqların məhv edilməsi və hərəkatın məğlub
edilməsi müddətinin azaldılmasını əmr edib.
Trend-in
məlumatına görə, bu barədə İsrail baş nazirinin mətbuat xidməti
bildirib.
“Qəzza şəhərinə qoşun yeritmək planlarından əvvəl baş nazir
terrorçuların son qalalarını mümkün qədər tez məhv etmək və
HƏMAS-ın yekun məğlubiyyətinə nail olmaq üçün əməliyyatın müddətini
azadılmasını əmr edib”, – deyə bildirilib.