
Şəmkirdə qidadan zəhərlənən şəxslərin bir çoxunun adları məlum olub.
“Report”un Qərb bürosu dönərdən zəhərləndiyi ehtimal edilən şəxslərin adlaırnı təqdim edir:
Belə ki, Şəmkir şəhər sakinləri, 2014-cü il təvəllüdlü X.Abbasova, 2020-ci il təvəllüdlü Ö.Abbasov, Şəmkir rayonunun Düyərli kənd sakinləri – 1996-cı il təvəllüdlü N.Süleymanlı, 1998-ci il təvəllüdlü T.Süleymanova, 1998-ci il təvəllüdlü A.Vəliyeva, 1975-ci il təvəllüdlü R.Əhmədova, 2020-ci il təvəllüdlü A.Qurbanova, 2019-cu il təvəllüdlü D.Bayramlı, 2011-ci il təvəllüdlü Ş.Babayeva, 2022-ci il təvəllüdlü A.Hüseynova, 2016-cı il təvəllüdlü H.İsmayılov, 2019-cu il təvəllüdlü S.İsmayılov, 1986-cı il təvəllüdlü G.Bayramlı və Gədəbəy rayon sakini, 1990-cı il təvəllüdlü V.Hüseynov qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, rayon ərazisində 20 nəfərə yaxın şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onların dönərdən zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.

