
Bakı. Trend:
Rusiyanın Kamçatka diyarında 5,3 bal gücündə zəlzələ qeydə
alınıb.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Kamçatka bölməsi bildirib.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 82 km aralıda baş verib.
Zəlzələnin ocağı 56 km dərinlikdə yerləşib.