Maskın “Grok” çat-botu yüzminlərlə istifadəçi söhbətini internetə sızdırıb

Baş səhifə

İlon Maskın süni intellekt əsaslı “Grok” çat-botu istifadəçilərlə yüz minlərlə yazışmanı internetə sızdırıb.

“Report”un “Forbes”ə istinadən məlumatına görə, süni intellektlə edilən 370 mindən çox söhbətin sızması baş verib.

Nəşrin bildirdiyinə görə, “Grok” istifadəçisi çat-botla söhbət zamanı “Paylaş” düyməsini basdıqda şəxsi mesajda göndərilə bilən unikal bir link yaradılır. Məlum olub ki, bu linklər axtarış robotları tərəfindən indekslənə və xəbərdarlıq olmadan axtarış nəticələrində görünə bilər.

“Forbes” qeyd edir ki, insanlar süni intellektlə söhbətlərdə adlar da daxil olmaqla, şəxsi məlumatlarını, bəzi hallarda isə parollarını paylaşıblar. Onlar tibbi və psixoloji xarakterli suallar veriblər. Həmçinin qadağan olunmuş maddələrin hazırlanması, partlayıcı maddələrin və ya zərərli proqram təminatının yaradılması kimi qanunsuz kontent sorğuları da aşkar edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir