
“Abşeron Lions” klubu azərbaycanlı basketbolçu İsmayıl Abdullayevlə müqavilə müddətini yeniləyib.
Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.
Aşağı yaş qrupları üzrə milli komandanın üzvü olan istedadlı basketbolçu, bu dəfə baş məşqçimiz Erhan Tokerin rəhbərliyi altında öz bacarığını daha da parlaq göstərəcək.
Qeyd edək ki, basketbolçu “Abşeron Lions”dan öncə yüksək liqada NTD komandasının heyətində çıxış edib.