Argentinada Sudamerikana Kubokunun oyunu yarımçıq dayandırılıb

Baş səhifə

Sudamerikana Kubokunda Argentinanın “İndependyente” və Çilinin “Universidad de Çili” komandaları arasında keçirilən 1/8 final mərhələsinin oyunu yarımçıq dayandırılıb.

“Report” “Ole” nəşrinə istinadən xəbər verir ki, buna Çili təmsilçisinin azarkeşlərinin tribunalarda iğtişaşlar törətməsi səbəb olub.

Qarşılaşma 62-ci dəqiqədə yarımçıq dayandırılıb. Həmin vaxt hesab bərabər olub – 1:1.

Qonaq tərəfdarlar oturacaqları yandırıblar, rəqib fanatlara daş və metal əşyalar atıblar. “Universidad de Çili”nin texniki məğlubiyyət alacağı gözlənilir.

Qeyd edək ki, ilk görüşdə Çili komandası rəqibini bir cavabsız qolla üstələmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir