Azərbaycan və Pakistan ticarət-investisiya əməkdaşlığına dair Yol xəritəsini müzakirə edib

Baş səhifə

Pakistan və Azərbaycan arasında ticarət-investisiya əməkdaşlığına dair Yol xəritəsi müzakirə olunub.

“Report” Pakistan mediasına istinadən xəbər verir ki, bu məsələ Pakistan Baş nazirinin ticarət məsələləri üzrə koordinatoru Rana İhsan Əfzal Xanla Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər iqtisadi əlaqələri dərinləşdirmək, qarşılıqlı faydalı investisiyalar üçün yeni istiqamətlər açmaq və ticarət dövriyyəsinin artırılması üçün uzunmüddətli imkanlar yaratmaq niyyətini təsdiqləyiblər.

Pakistan azərbaycanlı investorlara dəstək göstərməyə və təhlükəsiz investisiya mühitini təmin etməyə hazır olduğunu, Azərbaycan isə Pakistan bazarında mövcudluğunu genişləndirməkdə maraqlı olduğunu bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir