Paşinyan Ermənistan-ABŞ şirkətinin Zəngəzurdan keçən yolu idarə edəcəyini bildirib

Baş səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-ABŞ birgə şirkətinin Zəngəzur dəhlizindən keçəcək yola nəzarəti deyil, onun biznes idarəçiliyini həyata keçirəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə Paşinyan bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

O, dəhlizdən keçən dəmir yolunun İrandan gələn yük maşınlarının hərəkətinə mane yaratmayacağını qeyd edib.

”Hazırda bizim Rusiya tərəfindən idarə olunan dəmir yolumuz müxtəlif yaşayış məntəqələrindən və yollarından keçir, yüzlərlə keçid nöqtəsi var. Hər hansı bir ölkənin yük maşınları bu dəmir yollarından keçərkən hər hansı bir problem yaşayıb? Xeyr, çünki bu, Ermənistan Respublikasının yurisdiksiyasındakı ərazidir”, – deyə Baş nazir açıqlama verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir