Altı ayda İtaliya Azərbaycandan 2,4 milyard dollarlıq təbii qaz alıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İtaliyaya 2,4
milyard ABŞ dolları dəyərində 4,6 milyard kubmetr təbii qaz (qaz
halında) ixrac edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
dəyər ifadəsində 415,8 milyon ABŞ dolları və ya 21,3% çox, həcm
baxımından isə 286,5 milyon kubmetr və ya 5,8% azdır.




Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan İtaliyaya
1,9 milyard ABŞ dolları dəyərində təqribən 4,9 milyard kubmetr
təbii qaz satmışdı.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 25,2
milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri
“Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8
milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə
SOCAR-ın payına düşüb.