İran Azərbaycandan elektrik enerjisi alışını 15% azaldıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İrana təqribən 14,9
milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu
miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 423 min
ABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə həcm ifadəsi ilə 2,6 milyon kVt/saat və ya 15,1%, dəyər
ifadəsi ilə 75 min ABŞ dolları, yaxud 15,1% azalıb.

Eyni zamanda, 2025-ci ilin ilk 6 ayı ərzində İrandan Azərbaycana
472 min ABŞ dolları dəyərində, 16,6 milyon kVt/saat həcmində
elektrik enerjisi satılıb.




Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 3 min ABŞ dolları və ya 0,6%, həcm ifadəsində isə 112
min kVt/saat və ya 0,7% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində
Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və
Türkiyəyə 38,5 milyon ABŞ dolları dəyərində, 679,8 milyon kVt/saat
həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandan
Azərbaycana 3,2 milyon ABŞ dolları dəyərində 79 milyon kVt/saat
elektrik enerjisi idxal edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir