Bakı və rayonlarda güclü külək əsir – FAKTİKİ HAVA

Baş səhifə

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

“Report” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 17:00-a olan məlumatına əsasən bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Tərtərdə 16, Tovuzda 15 m/s-dək güclənir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir