
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri gələn həftə Vaşinqtonda ABŞ rəsmiləri ilə İranda zənginləşdirilmiş uran məsələsi ilə bağlı danışıqlar aparacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Danışıqların aparılmasına ehtiyac İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə zərbə endirməsindən sonra agentliyin İranda zənginləşdirilmiş uran ehtiyatlarını qiymətləndirə bilməməsi səbəbindən yaranıb. İsrail və ABŞ-nin bu ilin iyununda keçirdiyi hərbi əməliyyatdan sonra Tehran ölkədəki nüvə obyektlərində AEBA-nın yoxlama aparmasını qadağan edib.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, yoxlamaların dayandırılması ilə əlaqədar AEBA-nın İrandakı 274 əməkdaşı 409 kq yüksək səviyyədə zənginləşdirilmiş uranın yerini müəyyən edə bilmir.