Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 1,4
milyard ABŞ dolları dəyərində 4,9 milyard kubmetr təbii qaz (qaz
halında) ixrac edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.




Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
dəyər ifadəsində 190,7 milyon ABŞ dolları və ya 12,3%, həcm
baxımından isə 36 milyon kubmetr və yaxud 0,8% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 25,2
milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8
milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə
SOCAR-ın payına düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir