ABŞ və Avropa Ukrayna üçün hərbi variant hazırlayıb

Baş səhifə

ABŞ və bir sıra Avropa ölkələrinin hərbi rəhbərləri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara dəstək məqsədi daşıyan hərbi əməliyyat variantları hazırlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyinə ABŞ nümayəndəsi bildirib.

Bildirilir ki, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Ukrayna, ABŞ Baş Qərargah rəisləri, eləcə də NATO-nun Avropadakı Birləşmiş Silahıə Qüvvələrinin ali baş komandanı, amerikalı general Aleksus Qrinkeviç avqustun 19-20-də Vaşinqtonda keçirilən görüşdə danışıqların dəstəklənməsi və Avropada davamlı sülhün təmin edilməsi üçün hərbi sahədə fəaliyyət variantları hazırlayıblar.

Mənbənin sözlərinə görə, bu təkliflər baxılması üçün müvafiq ölkələrin milli təhlükəsizlik müşavirlərinə göndəriləcək. Bu variantlar davam edən diplomatik səylərin bir hissəsi kimi qiymətləndirmə üçün nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir