
Bakı. Trend:
Azərbaycanda 100 MVt-lıq günəş elektrik stansiyaların
enerjisistemə inteqrasiyası ilə əlaqədar 110 kV-luq 2 dövrəli
elektrik veriliş xətləri tikiləcək.
Trend-in
məlumatına görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq
bununla bağlı müvafiq işlərə yekun vurub.
Belə ki, ASC sözügedən işlərin icrasını “Azərelektrik Tikinti
Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və
müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 24 165 668 manat ödənilib.
İşlərin həvalə olunduğu “Azərelektrik Tikinti Quraşdırma” MMC
2019-cu ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi
Əşrəfzadə Ziya Mustafa oğludur.