
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bu gün yerli vaxtla axşam
saatlarında (Bakı vaxtilə sabah erkən saatlarda) Vaşinqton
küçələrində hüquq-mühafizə orqanları ilə birlikdə xidmət
edəcək.
Trend xəbər verir ki,
radiomüsahibədə o, Polis Departamenti və Milli Qvardiya qoşunları
ilə birlikdə paytaxtda patrul çəkəcəyini açıqlayıb.
Ağ Evin açıqlamasına əsasən, axşamkı xidmətin detalları üzərində
hələ də işlənir.
Qeyd edək ki, Donald Tramp Vaşinqtonda cinayətkarlıqlara qarşı
mübarizə məqsədilə Milli Qvardiya qoşunlarını paytaxta yeridib.