Ağ Ev: ABŞ hələ də Hindistan mallarına tarifləri artırmaq niyyətindədir

Baş səhifə

ABŞ hələ də Rusiya neftinin alınması ilə əlaqədar Hindistandan mal idxalına rüsumları 25 % artırmağı planlaşdırır.

“Report”un xəbərinə görə, bunu ABŞ prezidentinin ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro Ağ Evdə jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib.

“Düşünürəm ki, bu baş verəcək”, – o bildirib.