Quterreş ABŞ və Venesuelanı təmkinli olmağa çağırıb

Baş səhifə

BMT-nin baş katibi Antoniu Quterreş ABŞ və Venesuelanı təmkinli olmağa çağırıb.

“Report” xəbər verir ki, bunu Quterreşin nümayəndəsinin müavini Daniela Qross de Almeyda keçirdiyi brifinqdə deyib.

“BMT-nin Baş katibi Venesuela və ABŞ arasında münasibətlərlə bağlı Karib hövzəsində baş verən hadisələri diqqətlə izləyir. O, hər iki hökuməti gərginliyi azaltmağa, təmkinli olmağa və fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırır”, – o deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir