
Bakı. Trend:
ABŞ İrana sanksiya siyahısına bir fiziki şəxs, 13 şirkət və
səkkiz tanker əlavə edib.
Trend xəbər verir ki, bu
barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı
məlumatda bildirilib.
Qeyd olunub ki, məhdudiyyətlər “bir neçə il İran nefti və neft
məhsullarının tədarükünü asanlaşdıran” Yunanıstan vətəndaşı
Antonios Marqaritisə qarşı tətbiq edilib. Sanksiya siyahılarına
Çin, BƏƏ və Marşal adalarında yerləşən hüquqi şəxslər, Panama, Kuk
adaları, Honq-Konq, Qambiya, San-Tome və Prinsipi, Antiqua və
Barbuda bayraqları altında tankerlər də daxildir.

