Nigerdə ​​”Boko Haram”ın lideri öldürülüb

Baş səhifə

Niger Ordusu “Boko Haram”ın lideri İbrahim Mahamadunun öldürüldüyünü açıqlayıb.

“Report”un “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Niger Ordusunun əməliyyat icmalında deyilir.

Qeyd edilir ki, Nigerin Silahlı Qüvvələri Şilava adasında, Diffa regionunda nümunəvi dəqiqliklə aparılan əməliyyat zamanı əsl adı İbrahim Mahamadu olan “Boko Haram” qruplaşmasının liderini zərərsizləşdirib.

Bəyanatda deyilir ki, əməliyyat avqustun 15-də səhər tezdən keçirilib. Hərbi Hava Qüvvələrinə məxsus qırıcı silahlı liderin Çad gölündəki Şilava adasındakı sığınacağına üç hədəfli zərbə endirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir