Azərbaycandan Türkiyəyə elektrik enerjisi ixracı azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə təqribən
139,2 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu
miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 8,8
milyon ABŞ dolları olub.

Türkiyəyə elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə həcm ifadəsi ilə 280,9 milyon kVt/saat və ya 3 dəfə,
dəyər ifadəsi ilə 17,9 milyon ABŞ dolları, yaxud 3 dəfə azalıb.




Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində
Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və
Türkiyəyə 38,5 milyon ABŞ dolları dəyərində, 679,8 milyon kVt/saat
həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandan
Azərbaycana 3,2 milyon ABŞ dolları dəyərində 79 milyon kVt/saat
elektrik enerjisi idxal edilib.