
Gürcüstan və Azərbaycan Baş Prokurorluqları arasında qarşılıqlı əlaqələr mövcuddur.
“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bunu Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq əməkdaşlıq idarəsinin prokuroru Temur Tsindeliani Laçında Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən
beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, konstitusiya sadəcə hüquqi mətn deyil, eləcə də millət olaraq kim olduğumuzu müəyyən edən ali qanundur:
“Konstitusiya olmasaydı qanunlar öz əsaslarını itirər, dövlət qurumları legitimlikdən məhrum olardı. Vətəndaşları özbaşına hakimiyyətdən qoruyan qalxan, hüquqi və siyasi sistemimizi istiqamətləndirən kompasdır. İndi bu konstitusiya çərçivəsində prokurorluq çox xüsusi yer tutur. Prokurorluq dövlətin qanunlarını həyata keçirmək vəzifəsi ilə vətəndaşın ədalət mühakiməsi hüququnun kəsişməsində dayanır”.