Britaniya altı ədəd zenit-raket kompleksi alacaq

Baş səhifə

Böyük Britaniya 118 milyon funt sterlinq dəyərində “Land Ceptor” zenit-raket komplekslərini (ZRK) alır.

“Report” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün Müdafiə Nazirliyi altı yeni “Land Ceptor” zenit-raket kompleksi əldə etməklə Böyük Britaniyanın hava hücumundan müdafiəsini gücləndirəcəyini elan edib. 118 milyon funt sterlinq dəyərində alış ölkənin şimal-qərbində yeni iş yerlərinin açılmasını və inkişafı təmin edəcək”, – məlumatda bildirilir.

Komplekslərin tədarükçüsü MBDA şirkəti olacaq. Komplekslər həm müstəqil şəkildə, həm də Böyük Britaniyanın “Sky Sabre” hava hücumundan müdafiə sisteminin komponenti kimi istifadə edilə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir