Rusiya neftinin bu iki ölkəyə tədarükü dayandırılır

Baş səhifə

Bakı. Trend:

“Drujba” boru kəmərinə endirilən yeni zərbə ilə əlaqədar Rusiya
neftinin Slovakiyaya tədarükü tezliklə dayandırılacaq.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə Slovakiyanın iqtisadiyyat
naziri Denisa Sakova “Facebook” səhifəsində xəbərdarlıq edib.




“Belarus sərhədinə yaxın Rusiya ərazisindəki neft kəmərinin
infrastrukturuna endirilib. Nasosun işi tezliklə dayanacaq. Dəymiş
ziyanın həcmini müəyyənləşdiririk”, -slovakiyalı nazir paylaşımında
qeyd edib.

Qeyd edək ki, bundan əvvəl “Drujba” vasitəsilə Macarıstana neft
nəqlinin dayandırılması ilə bağlı ölkənin Xarici İşlər Nazirliyinin
rəhbəri Peter Siyarto məlumat vermişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir