Mask Zukerberqi “OpenAI”ı almağa cəlb edir

Baş səhifə

Bakı. Trend:

“xAI” süni intellekt startapının sahibi İlon Mask “Meta”
korporasiyasının həmtəsisçisi Mark Zukerberqə “ChatGPT” çatbotunu
yaradan ABŞ-nin “OpenAI” şirkətinin alınmasına birgə investisiya
qoymağı təklif edib.

Trend xəbər verir ki,b bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, Mask Zukerberqdən “xAI” sahibinin “OpenAI”ı
almağı təklif etdiyi sövdələşmənin 97.4 milyard dollarlıq hissəsini
maliyyələşdirməsini istəyib. Bu barədə məlumat məhkəmə sənədlərində
göstərilir.

“OpenAI” “Meta”dan Zukerberqin şirkətinin Maskla qarşılıqlı
əlaqəsi haqqında məlumatları dərc etməyi tələb edib.