Xersonun atəşə tutulması nəticəsində bir nəfər həlak olub, 20-dən çox yaralı var

Baş səhifə

Rusiya qoşunlarının Ukraynanın Xerson vilayətində yaşayış məntəqələrini atəşə tutması nəticəsində bir nəfər həlak olub, daha 21 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Yaralılar arasında üç polis əməkdaşı və bir tibb işçisinin olduğu bildirilir.

“Hücum nəticəsində 61 yaşlı kişi həlak olub. 18-77 yaş arası doqquz nəfər yaralanıb. Həmçinin 23 yaşlı iki polis əməkdaşı da xəsarət alıb. 8 çoxmənzilli ev və iki avtomobil zədələnib”, – məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir