
Bakı. Trend:
İran Oman körfəzi və Hind okeanında genişmiqyaslı hərbi-dəniz
təlimləri keçirir.
Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, təlimlərin əsas mərhələsi “Sustainable Power
1404” avqustun 21-də start götürüb.
İranın Hərbi-Dəniz Qüvvələrinin gəmilərindən və sahildən
müxtəlif növ qanadlı raketlər buraxılıb.