Lukaşenko: Belarus Putin və Zelenski arasında danışıqların təşkilatçısı olmağa can atmır

Baş səhifə

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə hər hansı yolla Ukrayna ilə bağlı danışıqları təşkil etməyə can atmadığını bildirib.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus lideri jurnalistlərə açıqlamasında deyib.

“Lakin tərəflər bu barədə razılığa gəlsələr və danışıqları burada keçirmək istəsələr, Belarus tərəfi bütün lazımi tədbirləri görəcək. Rusiya və Ukrayna razılaşıb buraya gəlməyi qərara alsalar, Belarus hər şeyi lazımi səviyyədə təşkil edəcək”, – o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir