Sumqayıtda qaz təchizatında fasilə olacaq

Baş səhifə

Avqustun 25-də Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə əlaqədar olaraq qaz verilişində fasilə yaranacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən “Report”un yerli bürosuna verilən məlumata görə, saat 10:00-dan işlər başa çatana qədər 3 500 abonentin qaz təchizatı dayandırılacaq.

Qurum yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyib və ehtiyat tədbirləri görməyi tövsiyə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir