
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsini almaq niyyətində olan amerikalı
alıcıların siyahısının əldə etdiyini bildirib.
Trend-in
məlumatına görə, bu barədə Donald Tramp jurnalistlərə deyib.
“Alıcılarımız var, onu almaq istəyən çox ciddi amerikalı
alıcılarımız var”, – deyə o bildirib.
D.Tramp həmçinin qeyd edib ki, o, hələlik Çin prezidenti Si
Cinpinlə bu barədə danışmayıb, lakin bunu lazımi vaxtda etmək
niyyətindədir.

