
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, iki həftə ərzində
Ukraynada hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən
etməyi ümid edir.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərin
suallarını cavablandırarkən bildirib.
“Bu müharibədə məni sevindirən heç nə yoxdur. Heç nə. Tamamilə
heç nə. Gəlin görək bundan sonra nə olacaq. Düşünürəm ki, yaxın iki
həftə ərzində işlərin hansı istiqamətdə gedəcəyini öyrənəcəyik”, –
deyə o qeyd edib.

