Niderlandın xarici işlər naziri İsrail ilə bağlı mübahisələrə görə istefa verib

Baş səhifə

Bakı. Trend:

Niderlandın xarici işlər naziri vəzifəsini icra edən Kaspar
Veldkamp İsrailə qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı
hökumət daxilində fikir ayrılıqlarını əsas gətirərək istefa
verib.

Trend-in məlumatına görə, bu barədə “NU.nl” xəbər portalı
bildirib.




Veldkampın sözlərinə görə, o, bu istiqamətdə “əhəmiyyətli əlavə
addımlar ata bilməyəcəyi” qənaətinə gəlib. Qərarını izah edən
siyasətçi onu da bildirib ki, zəruri hesab etdiyi tədbirlərin
“müstəqil və sərbəst həyata keçirilməsi” üçün heç bir şərait
yoxdur.

İstefadan əvvəl Niderland Nazirlər Kabinetinin cümə günü
keçirilən iclasında Veldkampın Qəzza zolağında hərbi əməliyyatla
əlaqədar İsrailə qarşı təklif etdiyi əlavə sanksiyalar bir neçə
saat ərzində müzakirə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir