Keyt Kelloq Ukraynaya səfər edəcək

Baş səhifə

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq avqustun 23-də Ukraynaya səfər edəcək.

“Report”un xəbərinə görə, bu barədə “Reuters”in müxbiri Qrem Slatteri öz mənbələrinə istinadən “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, Kelloq Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən mərasimlərdə iştirak edəcək.

“O, həmçinin liderlərlə bu həftəki diplomatik fəaliyyəti müzakirə edəcək. Bu, ABŞ, Ukrayna və Avropanın təhlükəsizlik zəmanəti ilə bağlı razılığa gəlməsi fonunda baş verir”, – jurnalist əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir