İtaliyanın keçmiş baş naziri Avropanın geosiyasi təsirinin azaldığını bildirib

Baş səhifə

Bakı. Trend:

İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının (AMB)
keçmiş rəhbəri Mario Draqi ABŞ prezidenti Donald Trampın Ağ Evə
gəlişi ilə Avropa İttifaqının (Aİ) geosiyasət və beynəlxalq
ticarətdəki çəkisi illüziyasının aradan qalxdığı barədə fikir
bildirib.

Trend-in
məlumatına görə, bu barədə “Corriere della Sera” nəşri xəbər
verib.




“Uzun illər Avropa İttifaqı hesab edirdi ki, 450 milyon
istehlakçısı olan iqtisadi ölçü geosiyasətdə və beynəlxalq ticarət
əlaqələrində çəki daşıyır. Bu il bu illüziyanın dağıdıldığı il kimi
yadda qalacaq”, – deyə M.Draqi bildirib.

İtaliyanın keçmiş baş naziri hesab edir ki, dönüş nöqtəsi
Trampın hakimiyyətə gəlməsi ilə baş verib. Onun sözlərinə görə, j
vaxtdan bəri çox şey dəyişib. Xüsusilə, Avropa İttifaqı “ən böyük
ticarət tərəfdaşı və uzunmüddətli müttəfiqi ABŞ” tərəfindən tətbiq
edilən rüsumlarla razılaşmalı oldu.