Tramp Epstein işi üzrə sənədləri Konqresə göndərilməsini dəstəkləyib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp uşaqlara təcavüz və bu qəbildən olan
digər ağır cinayətlərdə təqsirli bilinən maliyyəçi Cefri Epşteynin
işi üzrə materialların ABŞ Ədliyyə Nazirliyinin Konqresə təqdim
edilməsini dəstəkləyib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ evdə jurnalistlərə
deyib.




“Günahsız insanlar zərər çəkməməlidir, amma mən bununla bağlı
tam şəffaflığın tərəfdarıyam. Mənə tamamilə fərq eləmir”, – D.Tramp
Ədliyyə Nazirliyinin sözügən sənədləri Nümayəndələr Palatasının
Nəzarət və Hesabatlılıq Komitəsinə ötürməsinə münasibətini
soruşduqda bildirib.

“Bu barədə heç nə bilmirəm. Ancaq mən hamıya – [Baş prokuror]
Pem [Bondi] və başqalarına – onlara [qanunvericilərə] təqdim edə
biləcəkləri hər şeyi təqdim etmələrini dedim”, – deyə o əlavə
edib.