Sosial şəbəkədə vətəndaşları aldadan qadın saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi
vəsaitini ələ keçirən, əvvəllər də analoji əmələ görə dəfələrlə
məhkum edilmiş Nəzakət Məhərrəmova saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib
ki, o, “Tiktok”dakı “qemgin_20” adlı saxta hesabında canlı yayım
açaraq şəhid ailələrinə, qazilərə, eləcə də aztəminatlı şəxslərə
özünü humanitar yardım təşkilatlarından birinin nümayəndəsi kimi
təqdim edib və əvvəlcədən 1000-2000 manat ödəniş etmələri
müqabilində zərərçəkmişlərə il ərzində maddi yardım göstərilməsinə
dair yalan vədlər verib.

Bu üsullarla N.Məhərrəmova bir neçə vətəndaşın pulunu
dələduzluqla ələ keçirib.




Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.

N.Məhərrəmovanın analoji əməllərindən zərər görən şəxslər polis
orqanlarına məlumat verə bilərlər.