Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Avqustun 22-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən
bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin
olunub.

Trend xəbər
verir ki, bu barədə ️DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 72, o cümlədən
borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti
üzrə təhvil verilib.




Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.