
Bakı.Trend:
200 000 dollar vəsaiti ölkədən çıxaran şirkət barədə tərtib
edilmiş protokol təsdiq edilib.
Trend-in məlumatına görə, şirkət 20 aprel
2023-cü ildə 200 000. ABŞ dolları məbləğində xarici valyutada olan
vəsaiti avans olaraq ölkə xaricinə köçürüb.
Belə ki, ödənişin aparıldığı tarixdən iki il müddət keçməsinə
baxmayaraq, vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal
edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri
qaytarılmayıb.
Abşeron rayon Məhkəməsinin qərarı ilə şirkət İnzibati Xətalar
Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində
inzibati xətanın bilavasitə obyekti olmuş 200 min dollar vəsaitin
iyirmi faizi olan 40.000 ABŞ dolları məbləğində inzibati cərimə
edilib.