Azərbaycandan xarici bazarlara meyvə-tərəvəz ixracı artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə
müqayisədə qoz-fındıq ixracı 33,1%, sitrus meyvələri ixracı 54%,
alma, armud və heyva ixracı 53,6%, ərik, albalı, gilas, şaftalı
ixracı 33%, nar ixracı 37,7%, digər meyvələrin ixracı isə 76,2%
artıb.

Bu barədə Trend
Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, eyni dövrdə ötən ilin yanvar-iyul ayları ilə
müqayisədə ümumi tərəvəz məhsullarının ixracında 22,6% artım qeydə
alınıb.




O cümlədən, bu ilin ilk 7 ayı ərzində ölkəmizdən xarici
bazarlara kartof ixracı həcm olaraq 46,8%, pomidor ixracı 22,8%,
qarpız və qovun ixracı 2 dəfədən çox artıb.

“Artım təkcə tərəvəz və bostan məhsullarının həcmində deyil,
ixrac dəyərində də öz əksini tapır. Kartof ixracından gəlir dəyər
ifadəsində (ABŞ dolları ilə) 37,5% artıb, pomidor ixracı üzrə bu
artım 12,4%, qarpız və qovun ixracı üzrə isə 86,4% təşkil edib”, –
məlumatda qeyd edilib.