Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib

Baş səhifə

Bakı. Trend:

Avqustun 22-də qanunsuz saxlanılan odlu silah-sursat aşkar
edilib.

Trend xəbər verir ki, bu barədə ️DİN-in Mətbuat
xidməti məlumat yayıb.




Bildirilib ki, avqustun 22-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 3 qumbara, 3 tüfəng və 280
ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.