Paytaxtın bu ərazisində hərəkətdə olan avtobuslar yenilənir (FOTO)

Baş səhifə

Bakı.Trend:

31 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat
yayıb.

Bildirilib ki, paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami
Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan
avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.




Qeyd olunub ki, AYNA tərəfindən daşıyıcıya avtobus parkının
yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci il Çin
istehsalı olan “Yutong” markalı 4 müasir, komfortlu və iritutumlu
avtobus avqustun 23-dən daşımalara cəlb edilib.

“Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi
təmin ediləcək.

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və
təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə
avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır”,
– məlumatda deyilib.