
İtaliya təmsilçisi “Napoli” hücumçu Rasmus Helunnun transferi ilə bağlı “Mançester Yunayted”lə (İngiltərə) danışıqlar aparır.
“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, cümə günü futbolçunun agenti ilə müqavilənin şərtləri və uzunmüddətli planlarla bağlı müsbət danışıqlar aparılıb. “Mançester Yunayted” forvardla yollarını ayırmağa hazırdır.
Heilundun 2028-ci ilə qədər hazırkı müqaviləsi var.Transfermarkt portalı oyunçunun dəyərini 35 milyon avro qiymətləndirir.
2024/25 mövsümündə Heilund bütün yarışlarda 52 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.