
Bakı.Trend:
Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən
narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən
əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Elnur Məmmədov
saxlanılıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onun avtomobilindən 10 kiloqram 45 qram narkotik
vasitə olan marixuana aşkarlanıb.E.Məmmədov narkotik vasitələri
şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə
etdiyini və pul müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı
planlaşdırdığını etiraf edib.
Qeyd edilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq
maddəsi ilə cinayət işi başlanılıb, onun barəsində məhkəmənin
qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
E.Məmmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də
müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində
əməliyyat-axtarış tədbirləri davam etdirilir.

