
Bakı.Trend:
Nəsimi rayonu Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi
ilə kəsişməsindən Xutor tuneli istiqamətində) nəqliyyat
vasitələrinin hərəkəti tam,Ziya Bünyadov prospektində (Əhməd
Rəcəbli küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində)
nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
məlumat yayıb.
Bildirilib ki, Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 24
avqust saat 07:00-dan saat 22:00-dək Bakı şəhəri, Nəsimi rayonu,
Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən
Xutor tuneli istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam,
Bakı şəhəri, Ziya Bünyadov prospektində (Əhməd Rəcəbli küçəsi ilə
kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində) nəqliyyat
vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Qeyd edilib ki, sürücülərdən aparılan işlərə anlayışla
yanaşmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti
qaydalarına riayət etmələri xahiş olunur.