Suriyada terrorçu-kamikadze NBM-də özünü partladıb, bir nəfər ölüb

Baş səhifə

Suriyada terrorçu-kamikadzenin hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin bir üzvü ölüb.

“Report” SANA agentliyinə istinadən xəbər verir ki, İŞİD silahlıları ölkənin şərqindəki Deyr əz-Zor əyalətində Nəzarət-Buraxılış Məntəqəsinə (NBM) basqın ediblər.

Agentlik əlavə edib ki, NBM-dəki hərbçilər hücum edənlərdən birini öldürə bilib, ikincisi isə özünü partladıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir