
Bakı.Trend:
Baş Dövlət Yol Polisi İdarəsinin “050 8000 902” nömrəli
“WhatsApp” qaynar xəttinə daxil olmuş vətəndaş müraciətində bir
avtomobil sürücüsünün digər nəqliyyat vasitəsinin hərəkətinə maneə
yaratdığı və təhlükəli manevrlərlə qəza şəraiti yaratdığı əks
olunub.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal aparılan araşdırma nəticəsində həmin
sürücü müəyyən edilib və barəsində inzibati protokol tərtib
olunaraq məsuliyyətə cəlb edilib.
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır
ki, yol hərəkəti qaydalarına əməl etmək, digər hərəkət
iştirakçılarına hörmətlə yanaşmaq həm şəxsi təhlükəsizlik, həm də
ümumi yol hərəkəti təhlükəsizliyinin qorunması baxımından
zəruridir”, -məlumatda deyilir.