Binədə evdən oğurluq edən şəxs saxlanıldı

Baş səhifə

Bakı. Trend:

Avqustun 21-də paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə
alınıb.

Trend xəbər verir ki, bu barədə ️DİN-in Mətbuat
xidməti məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs gecə saatlarında Binə qəsəbə
sakininin evinin pəncərəsini qıraraq içəri daxil olub və 7000 manat
oğurlayıb.




Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli
bilinən 33 yaşlı X.Vüqaroğlu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir