
Bakı.Trend:
Kür çayında balıq və digər su bioloji resurslarının məhv olması
faktı ilə bağlı araşdırma aparılır
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
(ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət
Nəzarəti Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri
zamanı Kür çayının Azərbaycan Respublikasına daxil olan hissəsində
balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar
edilib.
SİMDNX-dən verilən məlumata görə, qeyd olunan hallarla əlaqədar
olaraq, Xidmət tərəfindən ilkin araşdırmalara başlanılıb. Sözügedən
ərazidən su nümunələri götürülərək analizlərin aparılması üçün
Mərkəzi Laboratoriyaya təqdim edilib.
Qeyd edilib ki, Analizlərin nəticələri əldə olunduqdan sonra
ictimaiyyətə əlavə məlumat veriləcək.